Albaniyanın "Kukesi" klubundan təklif alan Rauf Əliyev "İnter"in prezidenti Zaur Axundovla görüşüb. Fanat.Az xəbər verir ki, başqan Albaniya təmsilçisinə keçmək istəyən Raufun müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq arzusunu gözündə qoyub.
Zaur bəy yanvaradək qüvvədə qalacaq məlum transfer qadağasını xatırladaraq məsələyə qışda baxa biləcəklərini söyləyib. Bu isə o deməkdi ki, Bakı təmsilçisi ilk dəfə legioner həyatı yaşamaq istəyən forvardı heç yerə buraxmaq niyyətində deyil.
Qeyd edək ki, Əliyevin "ağ-göylər"lə olan müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatır.
Fanat.Az