"İnter" Rauf Əliyevi itirdi

"İnter" Rauf Əliyevi itirdi

Millimizin hücumçusu Rauf Əliyev sıradan çıxıb. Fanat.Az xəbər verir ki, "İnter"in 27 yaşlı futbolçu Topaz Premyer Liqasının IX turunda “Kəpəz”lə səfər matçında zədələnib.

Qolsuz bərabərə başa çatan qarşılaşmanın ilk hissəsində xəsarət alan və fasilədə Pərdis Fərcad-Azadla əvəzlənən Raufun əzələsində problem var. Futbolçu bu gün MRT-dən keçəcək və yalnız bundan sonra dəqiq diaqnoz qoyulacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər