"İnter" "Xəzər Lənkəran"ın uğursuz forvardını alır

"İnter" "Xəzər Lənkəran"ın uğursuz forvardını alır
"İnter" hücumçu axtarışlarını davam etdirir. Fanat.az xəbər verir ki, Vaqif Cavadovun gedişindən sonra hücum xəttində boşluq yaranan bank klubunun gündəmində olan daha bir forvardın kimliyi müəyyənləşib.
Məlumata görə, "İnter" "Xəzər Lənkəran"dan ayrılan Junior Nildonu transfer edir. Kaxaber Tsxadadze Avropa Liqasının startına az vaxt qaldığından istədiyi səviyyədə hücumçu tapa bilməyəcəyini başa düşür. Bu səbəbdən artıq 2 ildi ölkəmizdə olan Nildonu sərəncamında görmək istəyir.
"İnter" bundan "Neftçi"dən Bahodir Nasimovu və Sofiya ÇSKA-sından Omar Kassokonu heyətinə qatmaq istəmişdi. Amma Nasimovun transferi zədəli olduğu üçün baş tutmamışdı, Omar isə "Liteks"i seçmişdi.
Qeyd edək ki, Nildo 2012/13 mövsümündə AZAL-da keçirdiyi 33 rəsmi oyunda 21 qola imza atmaqla özündən söz etdirmişdi. Lakin "Xəzər Lənkəran"da o, gözlənilən oyunu sərgiləyə bilmədi. Braziliyalı forvard Lənkəran klubunun heyətində 38 oyuna çıxıb və 10 qola imza atıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər