"İnter" - "Xəzər Lənkəran" matçını kim idarə edəcək?

"İnter" - "Xəzər Lənkəran" matçını kim idarə edəcək?
Topaz Premyer Liqasında XII turun təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "İnter" - "Xəzər Lənkəran" matçı FIFA referisi Rəhim Həsənova tapşırılıb.
Premyer Liqaya qayıdan Fariz Yusifov "Simurq" - "Neftçi" matçına təyinat alıb. AZAL - "Qəbələ" oyununu Ömər Paşayev idarə edəcək. "Bakı" - "Qarabağ" matçında isə ədaləti Orxan Məmmədov qoruyacaq.
Hakimlər Komitəsi turun 3 oyununa - AZAL - "Qəbələ", "Simurq" - "Neftçi" və "İnter" - "Xəzər Lənkəran" görüşlərinə əlavə köməkçi hakimlər təyin edib.
20 noyabr
Bakı - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 14.00.
AZAL - Qəbələ
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Murad Məmmədov.
“AZAL Arena”. Saat 16.00.
Simurq - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev. 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu. Saat 17.00.
İnter - Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər:  Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
“İnter Arena”. Saat 18.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər