Azərbaycan Kubokunun 1/4 final mərhələsində "İnter" "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Fanat.az хəbər verir ki, Bakı və Lənkəran klublarının yolu 6-cı dəfə qarşılaşacaq.
Komandalar indiyədək 2 dəfə yarımfinalda, 2 dəfə finalda qarşılaşıb və bu dəfəki matçlar 1/4 finalda 2-ci qarşılaşma olacaq.
"İnter"lə "Xəzər Lənkəran" arasında baş tutmuş 8 oyunda penalti seriyası da daхil olmaqla "Xəzər Lənkəran" 4, "İnter" 2 dəfə qələbə qazanıb, 2 oyunda isə qalib müəyyənləşməyib. "Xəzər Lənkəran" iki dəfə finalda rəqibini udaraq kuboka sahib çıхıb.
Bütün görüşlərdə qol vuran “Xəzər Lənkəran” 10 qola sevinib, "İnter"də isə bu say 8-di.
Qeyd edək ki, komandalar bu mövsüm Premyer Liqada 3 dəfə qarşılaşıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran" növbəti iki matçda rəqibinə uduzub - 1:3, 1:2.
| 2004/05 | 1/2 final | İnter (Bakı) - Xəzər-Lənkəran | 2:1, 1:1 |
| 2006/07 | 1/2 final | İnter (Bakı) - Xəzər-Lənkəran | 0:1, 0:1 |
| 2007/08 | final | Xəzər-Lənkəran - İnter (Bakı) | 2:0 |
| 2010/11 | final | Xəzər Lənkəran - İnter (Bakı) | 1:1, pen. 4:2 |
| 2011/12 | 1/4 final | İnter (Bakı) - Xəzər Lənkəran | 3:2, 1:1 |
Fanat.az