"İnter" heyətində təmizlik işlərini davam etdirir. Fanat.az xəbər verir ki, Bakı klubu artıq 6 futbolçusu ilə yollarını ayırıb.
Bunlardan ikisi qapıçıdı. Belə ki, Kamran Ağayevlə Elşən Poladov komandanı tərk edib. Heyətdə hələlik yalnız Georgi Lomaya qalıb. Yaxın günlərdə Səlahət Ağayevin "İnter"lə müqavilə bağlaması gözlənilir.
Gedənlərdən 3-ü legionerdi. Gürcü müdafiəçilər - Laşa Kasradze və Laşa Salukvadze ilə yanaşı, ukraynalı hücumçu Yuri Fomenko da "İnter"dən gedib. Həmçinin Vüqar Nadirov da yola salınıb.
Əvəzində klub rəhbərliyi daha iki futbolçu ilə yeni müqavilə imzalayıb. Belə ki, Fuad Bayramovla Rauf Əliyevin gələn mövsüm də komandanın formasını geyinməsinə qərar verilib.
"İnter" bundan əvvəl Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev, Abbas Hüseynov, İlkin Qırtımov, Mirsahib Abbasov, Elnur Abdullayev və Denis Silva ilə müqavilə imzalamışdı.
Qeyd edək ki, “İnter” Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev və Manuel Skarlatake ilə anlaşıb.
Fanat.az