"İnter" Premyer Liqanın IX turunda "Sumqayıt"la qarşılaşacaq. Fanat.az xəbər verir ki, bank klubu Mehdi Hüseyn adına Sumqayıt şəhət stadionunda baş tutacaq matçın hazırlıqlarına başlayıb.
Dünəndən hazırlıqlara start verən "bankirlər" bu gün bir məşqə çıxıb. "Şəfa" stadionundakı hazırlıq prosesində futbolçular isinmə hərəkətlərindən sonra topla müxtəlif tapışırıqları yerinə yetirib və məşq qapıya uzaqdan zərbələrlə başa çatıb.