"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün toplanış çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
"Şəfa" stadionunda baş tutan oyunda "İnter" "Sumqayıt"ın əvəzediciləri ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter"in heyətində Elnur Süleymanov dubl edib, Bilal Qənbərovla Amil Atakişiyev isə hərəyə bir qol vurub. "Sumqayıt"ıq hər iki qoluna isə İsa Zeynallı imza atıb.
Qeyd edək ki, toplanış çərçivısində baş tutacaq növbəti oyunda "İnter" "Qarabağ"ın əvəzedici heyəti ilə qarşılaşacaq.
Fanat.az