"İnter" "Spartak"ı darmadağın etdi

"İnter" "Spartak"ı darmadağın etdi

Əvəzedicilər arasında son ölkə çempionu "İnter"in Bolqarıstanda təlim-məşq toplanışı keçirir. Fanat.az xəbər verir ki, iyulun 15-də etibarən Varnanın Qızılqum adasındakı "Sport Palace" otelində məskunlaşan komanda gündə iki dəfə məşq edir.

İyulun 19-da toplanış çərçivəsində ilk yoxlama matçına çıxan Rüstəm Əliyevin yetirmələri meydanı qələbəylə tərk edib. Varna "Spartak"nın əvəzedici heyətilə oyunda "İnter" rəqibin qapısından 5 cavabsız top keçirib. "Bankirlər"in qollarına İlkin Sadıxov (2), Mirsahib Abbasov (2) və Ulvi İbazadə imza atıb.

Qeyd edək ki, "İnter" toplanış çərçivəsində daha iki yoldaşlıq matçı keçirməyi planlaşdırır. Komanda Bolqarıstan toplanışını iyulun 31-də başa vuracaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər