Əvəzedici heyətlər arasında ölkə çempionatının XIX turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.
"Xəzər Lənkəran" doğma meydanda "Qəbələ" ilə "sülh bağlayıb" - 0:0. "Qarabağ" səfərdə AZAL-ı 4:0 hesabı ilə darmadağın edib. "Sumqayıt" isə rəqib meydanında "Rəvan"ı 2:1 hesabı ilə yenib.
Son iki qarşılaşma bu gün baş tutub. "İnter" səfərdə "Simurq"u darmadağın edib - 6:0. "Neftçi" - "Bakı" matçı isə 2:2 hesabı ilə başa çatıb.
Əvəzedici heyətlər
2013/14 mövsümü
IV dövrə, XXIX tur
4 aprel
Rəvan - Sumqayıt 1:2
Qollar: Elnur Abdulov. 16 - Bəxtiyar Həsənalızadə, 40. Ramil Orucov, 71.
Xəzər Lənkəran - Qəbələ 0:0
AZAL - Qarabağ 0:4
Qollar: Toğrul Bilallı, 10. Təmkin Xəlilzadə, 23-pen. Ulriş Kapolonqo, 56. Elvin Nəsibov, 78.
5 aprel
Simurq - İnter 0:6
Qollar: Abbas Hüseynov, 4. Dieqo Madriqal, 19. Samir Zərgərov, 37. Mirsahib Abbasov, 57. İlkin Sadıqov, 86; 88.
Neftçi - Bakı 2:2
Qollar: Elşən Abdullayev, 9. Samir Məsimov, 82 - Mətin Əbilsoy, 48. Elşən Rzazadə, 72.
| 1 | İnter | 29 | 17 | 6 | 6 | 82-40 | 57 |
| 2 | Qəbələ | 29 | 13 | 9 | 7 | 43-35 | 48 |
| 3 | Simurq | 29 | 12 | 9 | 8 | 47-40 | 45 |
| 4 | Xəzər L | 29 | 12 | 8 | 9 | 52-38 | 44 |
| 5 | Bakı | 29 | 10 | 11 | 8 | 41-43 | 41 |
| 6 | Neftçi | 29 | 10 | 9 | 10 | 49-51 | 39 |
| 7 | Qarabağ | 29 | 11 | 5 | 13 | 42-44 | 38 |
| 8 | Rəvan | 29 | 8 | 13 | 8 | 42-41 | 37 |
| 9 | AZAL | 29 | 7 | 5 | 17 | 39-68 | 26 |
| 10 | Sumqayıt | 29 | 6 | 3 | 20 | 32-69 | 21 |
Bombardirlər: Mirsahib Abbasov (İnter) - 17. Oruc Balaşlı (Simurq) - 16. Cavid Muxtarzadə (Neftçi) - 14. Ramil Mansurov (İnter), Tural İsgəndərov (Qarabağ) - 13. Ehtiram Şahverdiyev (Qəbələ) - 12. Nurxan Mənsimzadə (İnter) - 11.
Fanat.az