Avroliqanın I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “İnter” – “Mladost” oyununun biletləri satışa çıxarılıb. Fanat.Az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, bütün sektorlar üçün qiymətlər 2 manatdı.
Biletlər “İnter Arena” və “Dalğa Arena” stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrində satılır. Azarkeşlər hər gün saat 09:00-dan 18:00-dək adları çəkilən ünvanlara müraciət edə bilər.
Qeyd edək ki, “İnter” – “Mladost” oyunu iyulun 6-da “Dalğa Arena”da keçiriləcək. Tərəflərin Serbiyada baş tutan ilk duelində təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.
Fanat.Az