"İnter" - "Mladost" oyununu idarə edəcək hakimlərin kimliyi bəllidi.Fanat.Az xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq matç ukraynalı ədalət təmsilçilərinə həvalə olunub.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 6-da saat 21:00-da reallaşacaq duelin baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri - Vladimir Volodin və Aleksandr Korniyko köməklik edəcəklər. Dördüncü hakim isə Anatoli Jabçenko olacaq.
Qeyd edək ki, "İnter" ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.
Fanat.Az