Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün beşinci yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze yetirmələrini Ukrayna klubu ilə oyunda sınayıb.
Belə ki, "İnter" Xarkov "Metallist"i ilə üz-üzə gəlib. Hesabı 25-ci dəqiqədə ukraynalılardan İvan Bobko açıb. 5 dəqiqə sonra Yohan Bokonyano bərabərliyi təmin edib. Oyun 1:1 hesabı ilə bitib.
Qeyd edək ki, 1925-ci ildə yaradılan "Metallist" klubuna İqor Raхayev başçılıq edir. Komanda qış fasiləsinə 7-ci pillədə yollanıb.
"İnter" indiyədək Türkiyədə 4 oyun keçirib. "İnegölspor"u (Türkiyə) 4:1, "Kayrat" (Qazaxıstan) və "Kasımpaşa"nı (Türkiyə) 3:1 hesabı ilə yenən "bankirlər" "Enerji Kottbus"la (Almaniya) heç-heçə oynayıb - 1:1. "İnter" növbəti və son oyununu yanvarın 23-də keçirəcək. Rəqib hələ bəlli deyil.
Antalya
Yoхlama oyunu
20 yanvar
İnter (Azərbaycan) - Metallist (Ukrayna) 1:1
Qollar: Yohan Bokonyano, 30 - İvan Bobko, 25.
Fanat.az