Qışda Türkiyədə təlim-məşq toplanışı keçəcək "İnter"in yoxlama oyunu keçirəcək rəqiblərdən birinin adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Bakı klubu Super Liqanın iddialı klublarından "Kasımpaşa" ilə qarşılaşacaq.
Oyun yanvarın 18-də baş tutacaq. Bu qarşılaşmanın baş tutmasının səbəbi isə hər iki komandaya gürcü mütəxəssisin başçılıq etməsidi. Belə ki, "İnter"i Kaxaber Tsxadadze, "Kasımpaşa"nı Şota Arvaladze çalışdırır. Türkiyə klubu hazırda 27 xalla Super Liqanın 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Bələkdəki "Titanic" otelində məskunlaşacaq "İnter" yanvarın 5-dən 25-dək Türkiyədə olacaq və 5 yoxlama oyunu keçirəcək.
Fanat.az