"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Fanat.az xəbər verir ki, yanvarın 5-də bir araya gələn Rüstəm Əliyevin yetirmələri gündə iki dəfə məşqə çıxırlar.
Bu gün isə komanda toplanış çərçivəsində ilk yoxlama görüşünü keçirib. "İnter"in U-19 komandasıyla üz-üzə gələn əvəzedicilər bu matçda inamlı qələbə qazanıb - 5:1. Komandanın heyətində Bilal Qənbərov iki qolla yadda qalıb, digər topları isə Elnur Süleymanov, İlkin Sadiqov və Nəriman Hüseynov vurub.
Qeyd edək ki, "İnter"in əvəzedici komandası toplanış çərçivəsində daha 3 yoxlama oyun keçirəcək.
Fanat.az