"İnter" sabah Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Fanat.az xəbər verir ki, Bakı klubu İsveçdə "Elfsborq"un qonağı olacaq. Fanat.az baş məşqçi Kaxaber Tsxadadzenin güvənə biləcəyi heyəti təqdim edir.
Səlahət Ağayev zədəli olduğundan "Tiraspol"la oyunda hər iki matçda qapını qoruyan Georgi Lomayanın bu dəfə də start heyətində yer alması gözlənilir. Amma Səlahət sağalacağı halda Tsxadadze yenidən ona şans verə bilər.
Kaxa müdafiə xəttini dəyişməz sağlayacaq. O, İsveçdə arxa xətti Matiya Şpiçiç-Aleksandr Amisulaşvili-Yohan Bokonyano-Laşa Salukvadze dördlüyünə tapşıracaq.
Yarımmüdafiədə Slavço Georgievski, Mikel Alvaro, Arif Daşdəmirov, Derlis Meza Kolli və Dieqo Madriqal oynayacaq. Komandanın qol ümidi isə Baçana Tsxadadze olacaq.
"Tiraspol"la cavab matçının start heyətidə yer alan Asif Məmmədovun oyunu Tsxadadzeni razı salmamış və 28-ci dəqiqədə onu əvəzləmişdi. Asif bu səbəbdən böyük ehtimalla ehtiyatda qalacaq. Həmçinin zədəli Elvin Məmmədov da səfərə aparılmayıb.
Georgi Lomaya (Səlahət Ağayev), Matiya Şpiçiç, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Slavko Georgievski, Mikel Alvaro, Arif Daşdəmirov, Derlis Meza Kolli, Dieqo Madriqal (Asif Məmmədov), Baçana Tsxadadze.
Fanat.az