"İnter" "Atletik"lə "sülh" bağlayıb, Avroliqadan getdi

"İnter" "Atletik"lə "sülh" bağlayıb, Avroliqadan getdi
Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter" III təsnifat mərhələsinin cavab oyununa evdə çıxıb. Fanat.az хəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı İspaniyanın "Atletik" klubunu qəbul edib.
"İnter Arena"da baş tutan oyun "sülh"lə bitib - 0:0. Nəticədə ilk oyunda 2:0 hesablı qələbə qazanmış "Atletik" mərhələ adlayıb.
Qeyd edək ki, "Atletik" klubu 1898-ci ildə yaradılıb. 117 yaşlı klub tariхi ərzində 8 dəfə La Liqanın, 23 dəfə "Kral Kuboku"nun, 1 dəfə İspaniya Super Kubokunun qalibi olub, 1976/1977 və 2011/12 mövsümlərində Avropa Liqasının finalında oynayıb. 2014/15 mövsümündə 73 milyon 532 min avro büdcəsi olan klubun heyətində "Transfermarkt" 115 milyon 500 min avro qiymət qoyub.
"İnter" bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" (0:0, 1:1), ardınca isə İslandiyanın "Hafnarfyordur" (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırıb.
 
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
6 avqust
21.00 İnter (Azərbaycan) - Atletik (İspaniya) 0:0
İnter: 25. Səlahət Ağayev (k), 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (10. Elnur Abdullayev, 76), 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 23. Dieqo Martins (20. Yuri Fomenko, 77).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya (k), 3. Xuanfran, 13. Mirsayib Abbasov, 15. Stepan Polyak, 18. Mansur Nəhavəndi.
Baş məşqçi: Zaur Svanadze.
Atletik: 13. Yaqo Herrerin, 4. Emerik Laport, 5. Xavyer Eraso (27. Sabin Merino, 67), 6. Mikel San-Xose, 7. Benyat Etksebarria (3. Qorka Elustondo, 90), 10. Oskar de Markos, 14. Markel Susaeta (k) (11. İbay Qomes, 86), 16. Xabyer Eçeyta, 20. Arits Aduris, 23. Axer Akeçe, 24. Mikel Balensyaqa.
Ehtiyat oyunçular: 1. Qorka İraizoz, 2. Eneko Boveda, 18. Karlos Qurpegi, 21. Borya Viqera.
Baş məşqçi: Ernesto Valverde.
Sarı vərəqələr: Mirhüseyn Seyidov, 55 - Mikel Balensyaqa, 25.
Hakimlər: Sərdar Gözübüyük, Bas van Dongen, Patrik Lanqkamp, Dennis Hiqler (Hollandiya).
Hakim-inspektor: Kostadin Gerginov (Bolqarıstan).
UEFA nümayəndəsi: George Fantaros (Cənubi Kipr).
Bakı. "İnter Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər