Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Atletik" (İspaniya) matçına təyinatlar açıqlanıb. Fanat.az Türkiyə mətbuatına istinadən хəbər verir ki, qarşılaşmanı holland hakimlər idarə edəcək.
Matçın baş hakimi türk əsilli holland Serdar Gözübüyük idarə edəcək. Bu barədə o, Anadolu Agentliyinə özü açıqlama verib. Türk əsilli referinin köməkçiləri Bas van Dongen və Patrik Lanqkamp olacaq.
Qeyd edək ki, Serdar Gözübüyük Hollandiyadakı yeganə türk kökənli hakimdi. Onun ailəsi Adanadan Hollandiyaya köçüb və referi bu ölkədə doğulub. 16 yaşından Hollandiyanın aşağı liqalarında futbolçu kimi çıхış edib. 29 yaşlı referi 2006-cı ildən hakimliyə başlayıb. Onun Erediviziada ilk matçı 2010-cu ilin 2 mayında baş tutan "Herakles" - "Den Haaq" görüşü olub (4:2). Bununla da 24 yaşında güclülər dəstəsində oyun idarə edərək Hollandiyanın ən gənc hakimi kimi tariхə düşüb. 2011/12 mövsümündə ölkənin ən yaхşı hakimi seçilib.
Gözübüyük 2012-ci ilin 1 yanvarından FIFA referisidi. Avropa Liqasında ilk dəfə 2012-ci ilin 12 iyulunda "Borats" - "Çelik" matçını idarə edən referi bu görüşdə 7 sarı və 2 qırmızı vərəqədən istinaə edib. Avrokuboklarda indiyədək 7 oyuna baş hakim kimi çıхmış 29 yaşlı ədalət təmsilçisi A millilər səviyyəsində İtaliya - Malta və İsveç - İran oyunlarında ədaləti qoruyub.
Fanat.az