"İnter" qumar iddiasına cavab verdi - açıqlama

"İnter" qumar iddiasına cavab verdi - açıqlama

“Türkiyədəki sınaq qarşılaşmasının - “Arminiya” ilə oyunumuzun qumara qoyulması ilə bağlı yazılanlar bizi də təəccübləndirdi”. Bus sözləri Fanat.az-a açıqlamasında “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.

Klub rəsmisi daha sonra əlavə edib: “Biz meydana çıxıb öz oyunumuzu oynamışıq. Ora nə hakim dəvət etmişik, nə də başqa bir şeydən xəbərimiz var. İddiaların hardan qaynaqlandığından da xəbərsizik. Sınaq qarşılaşması haqda belə xəbərlərin yayılması üzücü haldı. Klubumuz adından rəsmən bəyan edirəm ki, “İnter” nəinki alqı-satqıdan, bu söhbətin ortaya atılma səbəbindən də xəbərsizdi”.

Xatırladaq ki, Bakı "İnter"inin oyunu şübhəli matçlar sırasına düşüb. Bu barədə Almaniyanın "Sportbild" jurnalı məlumat yayıb. Məlumatda bildirilir ki, UEFA, "Sportradar" nəzarət sistemi və Almaniya Futbol Liqasının (DFL) apardığı təhlillər nəticəsində Antalyada keçirilən "Paderborn" - "Rubin" (2:1) və "Arminya" - "İnter" (2:2) matçları bir mərc şirkəti tərəfindən qumara qoyulduğu üzə çıxıb. Adları açıqlanmayan, sadəcə B.B, B.K və D.Ç olaraq təqdim edilən türk hakimlər tərəfindən oyunların nəticəsi müəyyənləşdirilib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər