Əvəzedici heyətlərin çempionatında ikinci dövərinin sonuna 3 tur qalmış qış çempionu müəyyənləşib. Fanat.az xəbər verir ki, XV turda qazandığı qələbə ilə xal hesabını 37-yə çatdıran “İnter” 2013-cü ili 1-ci pillədə başa vuracağını rəsmiləşdirib.
Paytaxt təmsilçisinə çempionatın yarısını zirvədə tamamlamağa heç bir klub mane ola bilməz. Çünki, “İnter” artıq izləyiciləri üçün əlçatmazdı. Düzdü, 2-3-cü yerlərdə qərarlaşan “Simurq”la “Qəbələ” bütün görüşlərdə qalib gəlməklə bakılılara çata bilər. Amma paytaxt təmsilçisi hər 2 izləyici ilə şəxsi oyunlarda qələbələri sıralayıb. Bu üzdən “İnter” 2-ci dövrəni də lider kimi başa vuracaq.
| 1 | İnter | 15 | 12 | 1 | 2 | 45-17 | 37 |
| 2 | Simurq | 15 | 8 | 4 | 3 | 26-17 | 28 |
| 3 | Qəbələ | 15 | 9 | 1 | 5 | 25-20 | 28 |
| 4 | Xəzər L | 15 | 7 | 3 | 5 | 27-20 | 24 |
| 5 | Neftçi | 15 | 5 | 5 | 5 | 26-31 | 20 |
| 6 | Qarabağ | 15 | 5 | 4 | 6 | 19-25 | 19 |
| 7 | Rəvan | 15 | 4 | 6 | 5 | 24-23 | 18 |
| 8 | Bakı | 15 | 3 | 7 | 5 | 23-29 | 16 |
| 9 | AZAL | 15 | 2 | 3 | 10 | 18-33 | 9 |
| 10 | Sumqayıt | 15 | 2 | 3 | 10 | 19-35 | 6 |
Fanat.az