Avropa Liqasının qrup mərhələsində V turun oyunları akeçirilib. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında 24 qarşılaşma baş tutub.
"Qarabağ"ın "Sent-Etyen"lə "sülh" bağladığı (1:1) gecədə F qrupunda daha bir oyun keçirilib. İtaliya "İnter"i hesabda geri düşməsinə və qırmızı vərəqə almasına rəğmən Ukrayna "Dnepr"ini məğlub edib - 2:1.
Bu gecə Türkiyənin də iki klubu meydana çıxıb. "Beşiktaş" Yunanıstanda "Asteras"la "slhh" bağlayıb - 2:2.ö "Trabzonspor" isə Ukraynanın "Metallist" klubunu 3:1 hesabı ilə yenib. Hər iki türk klubu 1/16 finala çıxıb.
Qeyd edək ki, ilk 5 turdan sonra 14 komanda 1/16 finala vəsiqə qazanıb: "Dinamo" (Moskva), "İnter", "Fiorentina", "Everton", "Salzburq", "Dinamo" (Kiyev), "Legia", "Trabzonspor", "Tottenhem", "Beşiktaş", "Seltik", PSV, "Napoli", "Feyenoord". Çempionlar Liqasında isə qrup üçüncülüyünü təmin edən "Anderlext"in mübarizəni Avropa Liqasında davam etdirəcəyi dəqiqləşib.
Avropa Liqası
Qrup mərhələsi
V tur, 27 noyabr
A qrupu
Vilyareal (İspaniya) - Borussiya M (Almaniya) 2:2
Qollar: Vietto, 26. Çerişev, 63 - Raffael, 55. Haka, 67.
Sürix (İsveçrə) - Apollon (Cənubi Kipr) 3:1
Qollar: Djimsiti, 32. Şikhaoui, 39; 59 - Rosa, 23.
| 1 | Borussiya M | 5 | 2 | 3 | 0 | 11:4 | 9 |
| 2 | Vilyarreal | 5 | 2 | 2 | 1 | 13:7 | 8 |
| 3 | Sürix | 5 | 2 | 1 | 2 | 10:11 | 7 |
| 4 | Apollon | 5 | 1 | 0 | 4 | 4:16 | 3 |
B qrupu
Torino (İtaliya) - Brügge (Belçika) 0:0
HİK (Finlandiya) - Kopenhagen (Danimarka) 2:1
Qollar: Baah, 29. Kandi, 90+3 - Nilsson, 90.
| 1 | Brügge | 5 | 2 | 3 | 0 | 8:1 | 9 |
| 2 | Torino | 5 | 2 |