"İnter" Moldovada ilk məşqinə çıxdı

"İnter" Moldovada ilk məşqinə çıxdı
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Tiraspol"la qarşılaşacaq "İnter" dünəndən Moldovadadı. Fanat.az xəbər verir ki, komanda "Şerif" İdman Kompleksinin "Kiçik Arena" stadionunda ilk məşqinə çıxıb.
Məşqə isinmə və qısa məsafələrə qaçışla başlayan futbolçular topla çalışdıqdan sonra taktiki tapşırıqları yerinə yetirdilər. "İnter"in oyunöncəsi son məşqi bu gün yerli vaxtla saat 20.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər