"İnter" məşhur məşqçiyə elçi düşüb

"İnter" məşhur məşqçiyə elçi düşüb

İtaliya "İnter"i məşhur məşqçiyə elçi düşüb. Fanat.Az xəbər verir ki, Milan klubunun rəhbərliyi Dieqo Simeoneni komandanın başına gətirmək istəyir.

Argentinalı mütəxəssisin "Atletiko" ilə müqaviləsi 2018-ci ildə başa çatacaq. "İnter" yayda onunla müqavilə bağlamaq istəyir. Bu baş tutmasa, milanlılar 2018-ci ili gözləməli olacaq.

Qeyd edək ki, 2011-ci ildən "Atletiko"nun baş məşqçisi postunu tutan Dieqo Simeone bir gün "İnter"i çalışdırmaq istədiyini etiraf etmişdi.

Onu da qeyd edək ki, "Atletiko" 48 yaşlı mütəxəssisin rəhbərliyi altında La Liqa çempionluğunu, "Kral Kuboku"nu, İspaniya Super Kubokunu, Avropa Liqasını və UEFA Super Kubokunu qazanıb, 2 dəfə Çempionlar Liqasının finalında oynayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər