"İnter" ölkə çempionunu uddu

"İnter" ölkə çempionunu uddu
Türkiyədə hazırlıqlarını davam etdirən “İnter” bu gün növbəti yoxlama görüşünü keçirib. Fanat.Az xəbər verir k, "bankirlər" Tacikistanın “İstiqlol” klubu ilə üz-üzə gəliblər.
 
Görüş "İnter"in qələbəsi ilə yekunlaşıb. Zaur Svanadzenin yetirmələri 2:1 hesabına seviniblər. Paytaxt klubunun heyətində Mirhüseyn Seyidov və Pərdis Fərcad-Azad fərqləniblər.
Düşənbə şəhərini təmsil edən “İstiqlol” 10 yaşını hələ tamamlamayıb. Belə ki, “İnter”in rəqibinin əsası 2007-ci ilin noyabrında qoyulub. Buna baxmayaraq, komanda qısa zamanda ölkə daxilində uğur qazana bilib. “İstiqlol” keçən il həm Tacikistan çempionu, həm də kubok və Superkubokun qalibi olub. Ümumilikdə isə klub 5 dəfə ölkə çempionluğu, 6 dəfə kubok və Superkuboku qazanıb.
Qeyd edək ki, “İnter” Antalya toplanışı çərçivəsində əvvəlki yoxlama oyunlarında Qazaxıstanın “Ordabası” (0:0) və Rumıniyanın “Botoşani” (1:1) klubu ilə heç-heçə edib.
 
İnter (Azərbaycan) - İstiqlol (Tacikistan) 2:1
Qollar: Mirhüseyn Seyidov, 53, Pərdis Fərcad-Azad, 74.
İnter: Orxan Sadıqlı, Adrian Skarlatake, Abbas Hüseynov, Fuad Bayramov, Mirhüseyn Seyidov, Məmməd Quliyev, Qara Qarayev, Sərtan Taşkın, Pərdis Fərcad-Azad, Aqşin Quluzadə, Mirsahib Abbasov.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər