"İnter"dən ayrılan Daniel Genovun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, bolqarıstanlı futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, 24 yaşlı yarımmüdafiəçi Sofia "Lokomotiv"inə keçib. O, artıq yeni komandasının heyətində yoldaşlıq oyununa çıxıb və qol vurub.
Qeyd edək ki, "İnter"in 2010-cu ildə Bolqarıstanın "Kom-Minyor" klubundan aldığı Genov bank klubunun heyətində 38 oyun keçirib və 2 qol vurub. 2011/12 mövsümündə "Simurq"da icarə əsasında çıxış edən yarımmüdafiəçi 26 oyunda 1 qola imza atıb.
Fanat.az