"İnter" ÇL-in yarımfinalçısına qarşı

"İnter" ÇL-in yarımfinalçısına qarşı
"İnter"in Avstriyadakı təlim-məşq toplanışı davam edir. Fanat.az xəbər verir ki, bank klubunun bu ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən birinin adı dəqiqləşib. Belə ki, "İnter" Slovakiyanın "Spartak" (Trnava) klubu ilə qarşılaşacaq. Oyun iyunun 25-də baş tutacaq.
Qeyd edək ki, "Spartak" klubu 1923-cü ildə yaradılıb. Trnava təmsilçisi Çexslovakiya çempionluğunu (5 dəfə), kubokunu (5), Slovakiya Kubokunu (5) və Superkubokunu (1) qazanıb. 1968/69 mövsümündə Çempionlar Liqasının yarımfinalına çıxan komanda iki oyunun nəticəsinə görə "Ayaks"a yenilib (0:3, 2:0). "Spartak" 1973 və 1974-cü illərdə bu turnirdə 1/4 final oynayıb. Birinci dəfə "Derbi Kounti"yə (1:0, 0:2), ikinci dəfə isə "Uypeşt"ə (1:1, 1:1, penalti - 3:4) yenilib. 2013/14 mövsümünü üçüncü pillədə başa vuran "Spartak" Avropa Liqasına vəsiqə qazanıb.
"İnter" bundan əvvəl Avstiyanın iki klubu ilə yoxlama oyunu keçirib. "Buhşaxen"i 5:0 hesabı ilə yenən "bankirlər" adlı-sanlı "Şturm"a da qalib gəlib - 3:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər