"İnter" Kaxanın yerlilərini 2 qolla keçdi

"İnter" Kaxanın yerlilərini 2 qolla keçdi
Gürcüstanda təlim-məşq toplanışında olan “İnter” bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Kaxabar Tsxadadze yetirmələrini "Samtredia" ilə oyunda sınayıb.
Matç Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Baçana Tsxadadze penaltidən yararlana bilməyib. 61-ci dəqiqədə Yohan Bokonyano belə bir şansı boşa verməyib. 75-ci dəqiqədə isə Nizami Hacıyev fərqlənib.
Qeyd edək ki, "Samtrediya" futbol klubu 1936-cı ildə yaradılıb. Komanda 1972-ci ildə Gürcüstan çempionatının qalibi olub. "İnter"in rəqibi 1995-ci ildə isə müstəqil Gürcüstanın güclülər dəstəsində qalib adını qazanıb və UEFA Kubokuna çıxıb. "Samtrediya" ev oyunlarını 15000 azarkeş tutumu olan Erosi Manqaladze stadionunda keçirir. Gela Sanayanın baş məşqçisi olduğu klub cari mövsüm Gürcüstan çempionatının güclülər dəstəsində 8 oyun keçirib və 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "İnter"in rəqibi lider Tiflis "Dinamo"sundan 1 xal geri qalır.
Yoxlama oyunu
10 oktyabr
Samtredia (Gürcüstün) - İnter (Azərbaycan) 0:2
Qollar: Yohan Bokonyano, 61-pen. Nizami Hacıyev, 75.
İner: Georgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Arif Daşdəmirov, Coşqun Diniyev, Derlis Meza Kolli, Mikel Alvaro, Asif Məmmədov, Junior Nildo, Baçana Tsxdadadze.
Qori. Tengiz Burcanadze stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər