"İnter" İsveçdən zəfərlə qayıdır: "Elfsborq"u devirdilər

"İnter" İsveçdən zəfərlə qayıdır: "Elfsborq"u devirdilər
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Fanat.az xəbər verir ki, "İnter" İsveçin "Elfsborq" klubunun qonağı olub.
Premyer Liqanın gümüş mükafatçısı səfərdə güclü rəqibinə qalib gələ bilib. Matçın taleyini bir qol həll edib. 28-ci dəqiqədə "Elfsborq"un qapısına yol tapan Slavko Georgievski komandasına vacib qələbə qazandırıb - 1:0.
"Elfsborq" klubu 1904-cü ildə yaradılıb. 110 yaşlı klub 6 dəfə İsveç çempionu, 3 dəfə ölkə kubokunun və 1 dəfə Superkubokunun qalibi olub. Ötən mövsümü 6-cı pillədə başa vuran "İnter"in rəqibi hazırda davam edən yeni mövsümün 14 turundan sonra 4-cü pillədə qərarlaşıb. Komandaya Klas İngesson başçılıq edir. "Elfsborq"un heyətində Danimarkadan 2, Norveç və Livandan 1 legioner çıxış edir.
Qeyd edək ki, bu gün "Neftçi" də II təsnifat mərhələsinin ilk oyununa çıxıb və doğma meydanda Sloveniyanın "Koper" klubuna uduzub.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
17 iyul
Elfsborq (İsveç) - İnter (Azərbaycan) 0:1
Qol: Slavko Georgievski, 28.
Elfsborq: 30. Abbas Hassan, 6. Con Yonsson, 7. Yohan Larsson (k), 8. Anders Svensson, 10. Mikkel Bekmann, 12. Sebastian Holmen, 15. Andreas Klarstrom (20. Adam Lundqvist, 62), 16. Viktor Klaesson (19. Simon Hedlund, 86), 17. Per Frik (9. Lasse Nilsson, 69), 24. Viktor Prodell, 25. Markus Rohden.
Ehtiyat oyunçular: 1. Kevin Stur-Elleqaard, 11. Daniel Mobaek, 13. Arber Zeneli, 21. Henninq Hauqer.
Məşqçi: Yan Mian.
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 6. Slavko Georgievski, 8. Mikel Alvaro (4. İvan Benites, 90+3), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal (11. Asif Məmmədov, 74), 28. Baçana Tsxadadze (9. Mirzağa Hüseynpur, 63), 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 7. Abdulla Abatsiyev, 17. Məhəmməd Mirzəbəyov, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqə: Viktor Klaesson, 40. Anders Svensson, 44. Andreas Klarstrom, 53. Con Yonsson, 53. Yohan Larsson, 81 - Derlis Meza Kolli, 12. Matiya Şpiçiç, 49.
Hakimlər: Davide Massa, Rikkardo Di Fiore, Andrea Krispo, Sebastiano Peruzzo (İtaliya).
Hakim-inspektor: Uillyam Younq (Şotlandiya).
Boras. "Boras Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər