"İnter" bir futbolçusu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, Mikel Alvaro komandada saxlanılıb.
Əslində baş məşqçi Kaxaber Tsxadadze son turadək ispan yarımmüdafiəçini yola salmaq niyyətində idi. Amma sonradan baş məşqçi fikrini dəyşib. Belədə klub rəhbərliyi Alvaro ilə 1,5 illik müqaviləni davam etdirməli olub.
Qeyd edək ki, Mikel yayda Tiflis "Dinamo"sundan "İnter"ə keçib. İspan futbolçu Bakv klubu ilə Premyer Liqada 6, Avropa Liqasında 4 oyun keçirib.
Onu da qeyd edək ki, "İnter" artıq Daniel Genov, İlço Naumoski və Flavio Beklə yolları ayrıb.
Fanat.az