"İnter" Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, dünən komanda yoxlama görüşü keçirmək istəyirdi, lakin əlverişsiz hava şəraiti buna mane olmuşdu.
Bu yoxlama matçı iyunun 9-da baş tutacaq. "İnter"in rəqibi Türkiyənin aşağı dəstələrində çıxış edən komandalardan biri olacaq.
Bu gün isə Kaxaber Tsxadadzenin yetirmələri səhər saat 10.00-da məşqə çıxıblar. Məşq prosesi qaçışla başlayıb, daha sonra futbolçular müxtəlif tapşırığları yerinə yetirib. Sonda isə oyunçular iki komandaya bölünərək futbol oynayıb.
Fanat.az