"İnter" ikiillik fasilədən sonra Bakıya gələcək. Fanat.az xəbər verir ki, Milan klubu Avropa Liqasının qrup mərhələsində yenidən Azərbaycan klubuna - bu dəfə "Qarabağ"a rəqib olub.
"İnter" 2012/13 mövmümündə "Neftçi" ilə eyni qrupda yer almışdı. 2012-ci ilin 4 oktyabrında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matç italyanların 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Həmin vaxt "Neftçi"nin qolunu vuran Nikolas Kanales bu günlərdə yenidən komandaya dönüb. "İnter"in heyətində fərqlənənlərdən Coel Çukvuma Obi hazırda komandanın heyətindədi. Digər qolların müəlliflərinə gəlincə, Filipe Korreya hazırda "Liverpul"da, Marko Livaya "Rubin"də çıxış edir.
2012-ci ilin 7 dekabrında Milanda baş tutmuş oyun isə 2:2 hesabı ilə başa çatmışdı. "Neftçi"nin qollarına indi "Xəzər Lənkəran"da çıxış edən Rəşad Sadiqovla Nikolas Kanales, "İnter"in hər iki qoluna isə Marko Livaya imza atmışdı.
"Neftçi"nin heyətində "İnter"ə qarşı oynamış Tərlan Quliyev bu dəfə "Qarabağ"la bu komandaya qarşı forma geyinə bilər.
Həmin vaxt "İnter"in heyətində "Neftçi"yə qarşı oynamış futbolçulardan Samir Handanoviç, Conatan, Aqustin Silvestr, Xuan, Qabi Mudinqayi, Fredi Quarin, Coel Çukvuma Obi, Andrea Ranoççia, Vid Belek və Yuto Naqatomo indidə komandanın formasını geyinir.
Fanat.az