İtaliya "İnter"inin qarşısına yeni mövsüm üçün yüksək hədəflər qoyulub. Fanat.az xəbər verir ki, Milan klubunun yeni prezidenti Erik Tohir komandasının yay transfer planı haqda maraqlı açıqlama verib.
Əsasən hücum və yarımmüdafiəçi xəttini gücləndirmək istəyən A Seriyası təmsilçisi hansı futbolçunu heyətinə qatacağını indidən müəyyənləşdirməyə çalışır: "Yayda iki mövqeyi - hücum və yarımmüdafiə xəttini gücləndirəcəyik. Hədəfimizdə olan futbolçular var. Ya Fernando Torres, ya Edin Dzeko, ya da Alvaro Moratanı transfer edəcəyik. "Arsenal"ın oyunçusu Sanqanı da bəyənirik. Ancaq bununla bağlı qərarı futbolçunun özü verməlidi. Samuel Etonu “İnter”ə gətirəcəyimizlə bağlı yayılan xəbərlər yalandı. Çünki bizə ondan gənc hücumçular lazımdı".
Fanat.az