Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini Hollandiya klubu ilə oyunda sınayacaq.
Belə ki, "İnter"in rəqibi "NWC Asten" olacaq. Oyun yanvarın 11-də keçiriləcək. Bakı vaxtı ilə saat 18.00-da başlayacaq qarşılaşma “Titanic Deluxe” otelinin stadionunda baş tutacaq.
Qeyd edək ki, "İnter" yanvarın 15-də Almaniyanın “Holşteyn Kil”, 18-də Qazaxıstanın “İrtış”, 25-də Almaniyanın digər təmsilçisi “Arminiya” ilə qarşılaşacaq. Ayın 22-də baş tutacaq matçdakı rəqib hələ bəlli deyil.
Fanat.az