Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini Hollandiyanın "NWC Asten" klubu ilə oyunda sınayıb.
Bakı klubu həvəskar səviyyəli hollandlara divan tutub - 8:0. "İnter"in heyətində Baçana Tsxadadze4, Mateya Şpiçiç, Migel Alvaro, İlqar Ələkbərov və Nurxan Mənsimzadə hərəyə bir qol vurub.
Oyunu izləyənlər arasında Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts da olub. Alman mütəxəssis oyundan əvvəl "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ilə görüşüb.
Qeyd edək ki, "İnter" Türkiyədə 5 oyun keçirəcək. Yanvarın 15-də "Holşteyn" (Almaniya), 3 gün sonra "İrtış" (Qazaxıstan) klubları ilə qarşılaşacaq "bankirlər" son oyununu ayın 25-də "Arminiya"ya (Almaniya) qarşı keçirəcək. Ayın 22-dəki rəqib isə hələ bəlli deyil.
Yoxlama oyunu
11 yanvar
İnter (Azərbaycan) - NWC Asten (Hollandiya) 8:0
Qollar: Baçana Tsxadadze (4), Mateya Şpiçiç, Migel Alvaro, İlqar Ələkbərov, Nurxan Mənsimzadə.
İnter: Səlahət Ağayev, Ruslan Əmircanov, Laşa Salukvadze, Mateus Lopes, Matiya Şpiçiç, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Aleksandr İaşvili, Asif Məmmədov, Baçana Tsxadadze, Mikel Alvaro.
Fanat.az