"İnter" Gürcüstanın ikincisinə qarşı

"İnter" Gürcüstanın ikincisinə qarşı
"İnter"in Gürcüstan toplanışı davam edir. Fanat.az xəbər verir ki, sabah komanda toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. "İnter"in rəqibi "Samtrediya" olacaq. Matç yerli vaxtla saat 15.00-da başlayacaq.
Qeyd edək ki, "Samtrediya" futbol klubu 1936-cı ildə yaradılıb. Komanda 1972-ci ildə Gürcüstan çempionatının qalibi olub. "İnter"in rəqibi 1995-ci ildə isə müstəqil Gürcüstanın güclülər dəstəsində qalib adını qazanıb və UEFA Kubokuna çıxıb. "Samtrediya" ev oyunlarını 15000 azarkeş tutumu olan Erosi Manqaladze stadionunda keçirir. Gela Sanayanın baş məşqçisi olduğu klub cari mövsüm Gürcüstan çempionatının güclülər dəstəsində 8 oyun keçirib və 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "İnter"in rəqibi lider Tiflis "Dinamo"sundan 1 xal geri qalır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər