"İnter" gücünü həvəskarlara göstərdi

"İnter" gücünü həvəskarlara göstərdi
Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışında olan "İnter" ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadzeni yerli "Buhşaxen" klubu ilə oyunda sınayıb.
"İnter" həvəskar səviyyəli rəqibi 5:0 hesabı ilə yenib. Bakı klubunun heyətində yeni transfer Mirzağa Hüseynpur dubl edib, Baçana Tsxadadze, Arif Daşdəmirov və Dieqo Madriqal hərəyə bir qol vurub.
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ilk hissədə oyuna bu heyətdən yararlanıb: Georgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Matiya Şpiçiç, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Mirzağa Hüseynpur, Elvin Məmmədov, Baçana Tsxadadze. 
İkinci hissədə isə meydana fərqli heyət çıxıb: Elşən Poladov, Arif Daşdəmirov, Slavko Georgievski, İvan Benites, Azər Salahlı, Fuad Bayramov, İlqar Ələkbərov, Coşqun Diniyev, Dieqo Madriqal, Asif Məmmədov. Hissənin gedişində Cəmil Hacıyev, Abbas Hüseynov və Mənsur Nəhavəndi də meydana daxil olublar.
 
Qeyd edək ki, ayın 19-da "İnter" növbəti yoxlama matçına çıxacaq. "Bankirlər" bu dəfə Avstriyanın "Şturm" (Qraz) klubuyla üz-üzə gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər