"İnter" futbolçusunu Paraqvayda müalicə etdirir

"İnter" futbolçusunu Paraqvayda müalicə etdirir
"İnter"in futbolçusu Sezar Meza Kollinin zədəsi hələ sağalmayıb. Fanat.az xəbər verir ki, paraqvaylı futbolçu müalicəsini davam etdirir.
Hazırda o, Paraqvayda müalicə olunur. Sezarın müalicəsi hələ uzun çəkəcək və o, ən yaxşı halda sentyabrda oynaya biləcək.
Qeyd edək ki, ötən yay İtaliyanın "Cesena" klubundan transfer olunan Sezar "İnter"in heyətində 18 oyun keçirib və 744 dəqiqə oynayıb. "Neftçi" ilə ölkə kubokunun 1/4 finalının cavab görüşündə ciddi zədə alan Sezar Almaniyada əməliyyat olunmuş və həmin vaxtdan meydana çıxa bilməmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər