Transfer çalışmalarını davam etdirən "İnter" daha bir futbolçu ilə müqavilə imzalayır. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadze baxışda olan Yohan Bokoqnanonu bəyənib.
Gürcü mütəxəssis son üç yoxlama matçında sınadağı fransız mərkəz müdafiəçisindən razı qalıb. "İnter" Yohanla 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Yohan Bokoqnanonun son iş yeri Fransanın "İstr" klubu olub. 23 yaşlı mərkəzi müdafiəçisi yayda keçdiyi klubun heyətində 9 oyuna çıxıb və 721 dəqiqə oynayıb. Bokoqnano 2008-2009 mövsümündə "Ayaçço"nun B komandasında çıxış edib. 2009-2011-ci illərdə "Nin"in formasını geyinən müdafiəçi (25 oyun) 2011-2013-cü illərdə "Ayaçço"nun uğurları üçün çalışıb (62 oyun, 8 qol). Yohan 2009-cu ildə 2009-cu ildə tanınmayan Korsika yığmasında bir oyun keçirib. Korsika İtaliyanın Qərbində, Sardina adasının Şimalında yerləşən Fransaya bağlı adadı.
Fanat.az