“İnter”in rəsmi saytı başa çatmış mövsümün statistik göstəricilərini təqdim etməyə başlayıb. İlk materialda çempionat oyunlarında komandanın heyətində meydana ən çox çıxan və fərqlənən futbolçular haqqında məlumat verilir.
Abdulaye, Cavadov, Tsxadadze və İaşvili
Cari mövsümdə “İnter”in heyətində ən çox oyun keçirən futbolçular Vaqif Cavadov və Aleksandr İaşvili olublar - hərəyə 33 oyun. Lakin meydanda ən çox olan onlar yox, Brüs Abdulaye olub - 2768 dəqiqə. Vaqif Cavadovun göstəricisi 2726 dəqiqəyə bərabərdi. Baçana Tsxadadze bu siyahıda üçüncüdü - 2249 dəqiqə.
Qollar
"İnter"in 2013/14 mövsümündə ən sərrast futbolçusu Vaqif Cavadov olub - 33 oyunda 14 qol. Vaqif cəmi bir dəfə penalti zərbəsindən fərqlənib. Azərbaycan yığmasının üzvü orta hesabla hər 194,7 dəqiqəyə 1 qolla seçilib.
Qol siyahısında ikinci olan oyunçu Baçana Tsxadadze 10 dəfə fərqlənib. Gürcü hücumçu da bir dəfə penalti zərbəsini düzgün yerinə yetirib. Baçana orta hesabla hər 224,9 dəqiqəyə 1 qol vurub. Qeyd edək ki, mövsüm ərzində vurduğu 10 qol Baçana Tsxadadzenin Azərbaycan çempionatlarında oynadığı müddət ərzində ən yaxşı göstəricisi kimi tarixə düşüb. Daha əvvəl onun mövsüm ərzində ən məhsuldar nəticəsi 8 qol olub.
Cəmi 33, 17 yeni və 18 legioner
Çempionatın 36 oyununda Kaxaber Tsxadadze 33 futbolçunun xidmətindən yararlanıb. Bu siyahıdan 17 futbolçu “İnter”in heyətində məhz cari mövsümdə debüt edib. Qeyd edək ki, cari mövsümdə komandanın heyətində çıxış etmiş 33 oyunçudan 18-i legioner, 15-i isə yerli futbolçu olub.
82 sarı vərəqə
Çempionatın 36 oyununda “İnter”in futbolçularına 82 sarı vərəqə göstərilib - orta hesabla 1 oyuna 2,27 vərəqə. Passivində ən çox sarı vərəqə olan oyunçu Brüs Abdulaye olub - 12 sarı vərəqə. 10 sarı vərəqə görən futbolçu Baçana Tsxadadzedi. 6 sarı vərəqə Derlis Meza Kolliyə göstərilib.
“İnter”in heyətində ən intizamlı futbolçular Laşa Salukvadze və Slavko Georgievskidi. Hər iki oyunçu 20-dən çox matç keçirirərək cəmi 1 dəfə sarı vərəqə ilə cəzalanıblar.
Başa çatan mövsümdə "İnter"in cəmi 1 futbolçusuna qırmızı vərəqə göstərilib. Çempionatın 6-cı turunda səfərdə “Neftçi”yə qarşı keçirilmiş oyunda Abdulla Abatsiyev görüşün ikinci hissəsində ikinci sarı vərəqə görərək meydandı tərk etməli olub.
100-dən çox oyun!
Cari mövsüm 3 futbolçu üçün əlamətdar olub. Belə ki, Asif Məmmədov, Arif Daşdəmirov və Georgi Lomaya çempionatda növbəti görüşlərinə çıxaraq “İnter”in heyətində ölkə birinciliyində keçirilmiş matçların sayında 100 rəqəmini ötüb keçiblər. Hazırda komandanın formasını geyinən oyunçular arasında ən yaxşı göstəriciyə malik olan Asif Məmmədovdu. Yarımmüdafiəçi 112 çempionat oyununda “İnter”in heyətində meydanda olub. Arif Daşdəmirov 110 görüş keçirib, Georgi Lomaya isə 108 çempionat oyununda komandanın qapısını qoruyub.
“İnter”in futbolçuları 2013/14 mövsümünün Azərbaycan çempionatında:
1Brüs Abdulaye3127682120
2Vaqif Cavadov3327261440
3Baçana Tsxadadze29224910100
4Derlis Meza Kolli262227260
5Matiya Şpiçiç292192540
6Laşa Salukvadze262189110
7Arif Daşdəmirov282179140
8Səlahət Ağayev252170010
9Aleksandr İaşvili332111530
10Abdulla Abatsiyev252079351
11İvan Benites232003030
12Ruslan Əmircanov251902240
13Slavko Georgievski211401110
14Yohan Bokonyano141146150
15Asif Məmmədov24972210
16Mikel Alvaro20939440
17Georgi Lomaya10890020
18İlqar Ələkbərov14840110
19Sezar Meza Kolli15627020
20Coşqun Diniyev7443020
21Joao Paulo5341010
22Flavio Bek 4269010
23Elşən Poladov2180000
24Dieqo Madriqal6164310
25Fuad Bayramov5115010
26Samir Zərgərov4114110
27Abbas Hüseynov2112010
28İvo Taborski6110000
29İlço Naumoski480010
30Daniel Genov259000
31İlkin Sadiqov121000
32Azər Salahlı19000
33Ramil Mansurov16000
1 – futbolçu, 2 – oyun, 3 – dəqiqə, 4 – qol, 5 – sarı, 6 - qırmızı
inter.az