"İnter" daha bir transferi rəsmiləşdirdi

"İnter" daha bir transferi rəsmiləşdirdi
"İnter" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bank klubu "Sumqayıt"dan Məhəmməd Mirzəbəyovu heyətinə qatıb.
Artıq iki klub arasında bütün məsələlər razılaşdırılıb. "İnter" rusiyalı müdafiəçi ilə bir illik müqavilə imzalayıb. "Bankirlər" bundan əvvəl "Sumqayıt"dan Mirzağa Hüseynpurla "Bakı"dan Elvin Məmmədovu heyətinə qatmışdı.
Qeyd edək ki, Mirzəbəyov 2012-ci ildə Rusiyanın "Anji" klubundan "Sumqayıt"a keçib. O, indiyədək 63 oyun keçirib və 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər