"İnter" çinlilərə satılır

"İnter" çinlilərə satılır
Milanın "İnter" klubu çinlilərə satılır. Fanat.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
Yayılan məlumata görə, Çinin elektronika şirkəti "Suning" klubun hissələrinin 70 faizini əldə etmək niyyətindədi. Komandanın sabiq prezidenti Massimo Moratti özünəməxsus 30 faizlik hissəni satmağa razılıq verib. Digər 40 faiz isə hazırkı prezidenti Erik Thohirin payına düşən hissədi. İndoneziyalı iş adamı 40 faiz hissəni satıb, geridə qalan səhmlərin 30 faizi ilə klubun prezidenti postunda qalacaq.
Məsələnin qarşıdakı günlərdə rəsmiləşməsi gözlənilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər