"İnter" bu mərhələni adlayacaq gücdədi"

"İnter" bu mərhələni adlayacaq gücdədi"

"Mladost"la səfər oyununda müsbət nəticə qazanmaq vacibdi. Birinci görüşü sərfəli sonluqla başa vurmalıyıq". Bu sözləri Fanat.Az-a açıqlamasında "İnter"in çalışdırıcısı Zaur Svanadze deyib.

Gürcü mütəxəssis Avroliqanın 2-ci təsnifat mərhələsində üz-üzə gələcəkləri Serbiya klubuyla rəqib meydanında baş tutacaq birinci duelin önəmindən danışıb: "Qarşı tərəf haqda informasiyamız var. İlk görüşdə necə oynayacağımızı müəyyənləşdirmişik. Rəqibin zəif cəhətlərindən maksimum yararlanmalıyıq. Bacardıqca intizamlı oynamalı, səhv etməməyə çalışmalıyıq. Səfərdən sərfəli nəticəylə dönsək, cavab matçında uğur qazanmaq şansımız artacaq. Futbolçularıma inanıram. "İnter"in heyəti bu mərhələni adlayacaq gücdədi. Sadəcə, doğru olanı etməli, planauyğun oynamalıyıq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər