"İnter" bu gün başlayır

"İnter" bu gün başlayır
Premyer Liqanın XIII turunda "Simurq"la (0:0) qarşılaşan "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze futbolçulara istirahət vermişdi. Fanat.az xəbər verir ki, bu gün "bankirlər"in istirahəti başa çatacaq.
3 günlük istirahətdən sonra komandanın yenidən bir araya gələcək və "Şəfa" stadionda məşq edəcək. Çempionatda yaranmış fasilə zamanı "İnter" bir yoxlama matçı keçirəcək. Bu oyunda komandanın rəqibi "Sumqayit" olacaq. Qarşılaşma ayın 16-da "Şəfa" stadionunda baş tutacaq. Görüş saat 18.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər