"İnter" Braziliya klubunu uddu

"İnter" Braziliya klubunu uddu
Antalyada təlim-məşq toplanışında olan "İnter" beşinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadze yetirmələrini Braziliyanın "Uniao" klubu ilə oyunda sınayıb.
Qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Sezar Meza Kolli, Asif Məmmədov və Nurxan Mənsimzadə fərqlənib.
Bu komanda Azərbaycan klublarına tanışdı. Belə ki, Braziliya təmsilçisi bundan əvvəl Antalyada "Rəvan"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub. 
"Uniao" Türkiyəyə daha çox yoxlama oyunları keçirmək üçün 20 yaşadək olan futbolçularını gətirib və məqsəd onları xarici klublara satmaqdı. 1913-cü il sentyabrın 17-də yaradılmış San-Paulu ştatının Moji-das-Kruzis qəsəbəsinin komandası Paulista çempionatının Sequnda divizionunda mübarizə aparır.
Qeyd edək ki, bu, "İnter" bundan əvvəl Antalyada "Asten" (Hollandiya) 8:0, "Karl Zeyts Jena"nı (Almaniya) 2:0 hesabı ilə udub, "Holştayn"a (Almaniya) 0:3 hesabı ilə uduzub, "Aktobe" ilə (Qazaxıstan) sülh bağlayıb - 1:1.
 
Yoxlama oyunu
24 yanvar
İnter (Azərbaycan) - Uniao (Braziliya) 3:1
Qollar: Sezar Meza Kolli, 37. Asif Məmmədov, 78. Nurxan Mənsimzadə, 90.
İnter: Səlahət Ağayev, Matye Şpiçiç, Yohan Bokaqnano, Mikel Alvaro, Cəmil Hacıyev, Arif Daşdəmirov, İlqar Ələkbərov, Slavko Georgievski, Asif Məmmədov, Vaqif Cavadov, Sezar Meza Kolli.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər