"İnter" bizim səhvlərimizdən yararlandı. Hansı ki, belə səhvlərimiz çox idi. Bunun da nəticəsində rəqibimiz qalib gəldi". Fanat.az xəbər verir ki, bu sözləri Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad Qoyan deyib.
Baş məşqçi Bakı klubuna (2:3) yenildikləri matçı dəyərləndirib: "İnter"i təbrik edirəm. Üstünlük onlarda idi. Bizdən daha yaxşı oynadılar. Başa düşürük ki, artıq rəqibin mərhələ adlamaq şansı bizdən daha çoxdu. Amma biz də səfərdə qol vurmalıyıq. Bu, bizə lazımdı".
Fanat.az