"İnter" Bilbaoda "2" aldı

"İnter" Bilbaoda "2" aldı
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "İnter" ilk matçına səfərdə çıxıb.
Premyer Liqanın gümüş mükafatçısının rəqibi İspaniyanın "Atletik" klubu olub. Oyun Bask təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter"in qapısına 12 və 49-cu dəqiqələrdə dəqiqədə Xabyer Etkseyta yol tapıb.
Qeyd edək ki, "Atletik" klubu 1898-ci ildə yaradılıb. 117 yaşlı klub tariхi ərzində 8 dəfə La Liqanın, 23 dəfə "Kral Kuboku"nun, 1 dəfə İspaniya Super Kubokunun qalibi olub, 1976/1977 və 2011/12 mövsümlərində Avropa Liqasının finalında oynayıb. 2014/15 mövsümündə 73 milyon 532 min avro büdcəsi olan klubun heyətində "Transfermarkt" 115 milyon 500 min avro qiymət qoyub.
"İnter" bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" (0:0, 1:1), ardınca isə İslandiyanın "Hafnarfyordur" (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
 
30 iyul
Atletik (İspaniya) - İnter (Azərbaycan) 2:0
Qollar: Xabyer Etkseyta, 12 (ötürmə - Oskar de Markos); 49 (ötürmə - Markel Susaeta)
Atletik: 13. İaqo Herrerin, 5. Xavyer Eraso, 7. Benat Etksebarria, 8. Ander İturraspe (3. Qorka Elustondo, 46), 10. Oskar de Markos, 11. İbai Qomes (23Ager Aketkse, 70), 14. Markel Susaeta (21. Borya Viquera, 14), 16. Xabyer Etkseyta, 18. Karlos Qurpegi (k), 20. Arits Aduriz, 24. Mikel Balenzyaqa.
Ehtiyat oyunçular: 1. Qorka İraizoz, 4. Aymerik Laporte, 9. Kike Sola, 30. İnigo Lekue.
Baş məşqçi: Ernesto Valverde.
İnter: 25. Səlahət Ağayev (k), 3. Xuanfran (30. Abbas Hüseynov, 46), 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 15. Stepan Polyak (20. Yuri Fomenko, 46), 22. İlkin Qırtımov (10. Elnur Abdullayev, 87), 24. Fuad Bayramov.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 13. Mirsayib Abbasov, 19. Mirhüseyn Seyidov, 23. Dieqo Martins.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqə: Nika Kvekveskiri, 62.
Hakimlər: Stavros Tritsonis, Xristos Akrivos, İlias Alekseas, İlias Spatas (Yunanıstan).
Hakim-inspektor: Yuni Hiitia (Finlandiya).
UEFA nümayəndəsi: Danilo Filakçione (İtaliya).
Bilbao. "San Mames" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər