"Biz həddən artıq məyusuq. Qələbə üçün oynayırdıq. Amma alınmadı. Rəqib bizdən daha istəkli oldu və qalib gəldi". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan sonra "Elfsborq"un futbolçus Markus Rohden deyib.
"İnter" Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçını səfərdə keçirib və İsveç klubuna 1:0 hesabı ilə qalib gəlib. Rohden yerli mətbuata müsahibəsində məğlubiyyətin səbəblərindən danışıb: "Topu özümüzdə yaxşı saxlaya bilmədik. Oyunun tempi də rəqibin istədiyi kimi idi. Əlimizə şans düşdü və boşa verdik. “İnter” bütün mövqelərdə bizi üstələdi".
Yarımmüdafiəçi Bakıdakı cavab oyununun onlar üçün çətin olacağını bildirib: "Çətin olacaq. Amma düşünmürəm ki, bütün şanslarımızı itirmişik. Hələ qarşıda daha bir 90 dəqiqə var. Biz onların necə oyun üslubuna malik olduğunu əvvəlcədən bilirdik. Həmçinin deyim ki, “İnter” bu qarşılaşmaya bizdən daha yaxşı hazırlaşmışdı. Bəlkə də biz onlara qarşı düzgün oynamadıq və ya tam hazır deyildik. Hər şeyə səfər oyununda aydınlıq gələcək. Əlbəttə ki, “İnter” doğma azarkeşləri önündə burdakından daha yaxşı oyun nümayiş etdirəcək. Biz ümidlərimizi tam itirməmişik. Komandadakı psixoloji vəziyyət düzəlməlidir. İnanaraq Bakıya getməliyik".
Fanat.az