"İnter" AZAL-ı darmadağın etdi

"İnter" AZAL-ı darmadağın etdi

"İnter"in əvəzedici heyəti təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, bu gün Rüstəm Əliyevin yetirmələri AZAL-ın əvəzedici heyəti ilə qarşılaşıb.

Oyundan öncə komandalar 20 Yanvar faciəsində həlak olmuş həmvətənlilərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Futbolçular isə meydana qollarında qara sarğı ilə çıxıblar.

 

"İnter Arena"da baş tutan oyun 4:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. "İnter"in heyətində Ramil Mansurov (2), Yuri Fomenko və Süleyman Əhmədov fərqləniblər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər