"İnter" Avropa Liqasının I təsnifat mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib. Fanat.az хəbər verir ki, bank klubu siyahıya 22 futbolçunun adını salıb.
"İnter" 7 yeni transferini Xuanfran, Laşa Kasradze, Denis Silva, Nika Kvekveskiri, Mirhüseyn Seyidov, Rauf Əliyev və Yuri Fomenkonu sifariş edib. Bank klubunun Tiflis "Dinamo"sundan transfer etdiyi deyilən Zurab Xizanişvilinin adı isə siyahıda yoхdu.
Qeyd edək ki, “İnter” iyulun 2-də səfərdə Albaniya təmsilçisi "Laçi"nin qonağı oalcaq. Mövcud qaydalara əsasən təmsilçimiz ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.
Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov.
Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Xuanfran, 4. Laşa Kasradze, 5. Denis Silva, 18. Mənsur Nəhavəndi, 30. Abbas Hüseynov.
Yarımmüdafiəçilər: 6. Slavko Georgievski, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 13. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 39. Elnur Süleymanov.
Hücumçular: 9. Sezar Meza Kolli, 11. Rauf Əliyev, 20. Yuri Fomenko, 27. Dieqo Madriqal, 45. İlkin Sadıqov, 99. Bilal Qəmbərov.
Fanat.az