Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının gümüş mükafatçısı "İnter" evdə meydana çıxıb.
"Bankirlər" İsveçin "Elfsborq" klubunu qəbul edib. Səfərdə 1:0 hesablı qələbə qazanan "İnter"in mərhələ keçmək şansı çox olsa da, bundan yararlana bilməyib. Matçın 4-cü dəqiqəsində bolqar hakim Stanislav Todorov "İnter"in müdafiəçisi Laşa Salukvadzeni meydandan qovub və penalti təyin edib. Lakin Per Frikin zərbəsi dəqiq olmayıb. Əvəzində 45+2-ci dəqiqədə Henninq Hauqer hesabı açıb. Matçın əsas və əlavə vaxtı 0:1 hesabı ilə bitdiyindən qalib penalti seriyasında müəyyənləşib. Bu zaman İsveç klubunun üzvləri daha dəqiq olub. Belə ki, "İnter"dən Mikel Alvaro, Matiya Şpiçiç və Arif Daşdəmirovun zərbəsi qeyri-dəqiq olub. Nəticədə "Elfsborq" 4:3 hesablı qələbə qazanaraq III təsnifat mərhələsinə çıxıb.
Qeyd edək ki, "İnter" I təsnifat mərhələsində Moldovanın "Tiraspol" klubunu mübarizədən kənarlaşdırıb (3:2, 3:1).
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
24 iyul
İnter (Azərbaycan) - Elfsborq (İsveç) 0:1 (penalti - 3:4)
Qol: Henninq Hauqer, 45+2.
İnter: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 6. Slavko Georgievski, 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal (11. Asif Məmmədov, 70//9. Mirzağa Hüseynpur, 106), 28. Baçana Tsxadadze (4. İvan Benites, 46), 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 7. Abdulla Abatsiyev, 13. Mirsayib Abbasov, 17. Məhəmməd Mirzəbəyov.
Baş məşqçi: Kakhaber Tsxadadze.
Elfsborq: 1. Kevin Stur-Elleгaard, 7. Yohan Larsson (k) (15. Andreas Klarstrom, 71), 8. Anders Svensson, 9. Lars Nilsson, 11. Daniel Mobaek, 12. Sebastian Holmen, 16. Viktor Klaesson (10. Mikkel Bekmann, 16), 17. Per Frik (24. Viktor Prodell, 110), 20. Adam Lundqvist, 21. Henninq Hauqer, 25. Markus Rohden.
Ehtiyat oyunçular: 30. Abbas Hassan, 13. Arber Zeneli, 14. Anton Andreasson, 19. Simon Hedlund.
Məşqçi: Jan Mian.
İstifadə olunmamış penalti: Per Frik, 5.
Sarı vərəqələr: Dieqo Madriqal, 14. Yohan Bokonyano, 94. Georgi Lomaya, 115. Mikel Alvaro, 116 - Anders Svensson, 23. Henninq Hauqer, 67.
Qırmızı vərəqə: Laşa Salukvadze, 4.
Dəqiq olan penaltilər: Aleksandr Amisulaşvili, Derlis Meza Kolli, Yohan Bokonyano - Viktor Prodell, Markus Rohden, Mikkel Bekmann, Sebastian Holmen.
Dəqiq olmayan penaltilər: Mikel Alvaro, Matiya Şpiçiç, Arif Daşdəmirov - Yohan Larsson, Daniel Mobaek.
Hakimlər: Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov (Bolqarıstan).
UEFA nümayəndəsi: Kravford Vilson (Şimali İrlandiya).
Hakim-inspektor: Qudmunder Yonsson (İslandiya).
Bakı. "Şəfa" stadionu.
Fanat.az